VİDEO

Dünyanın ən böyük şahmat fiquru belə hazırlanıb

Şahmat fiqurları öz unikal əndazələrinə görə həmişə diqqətləri cəlb edib. Amma dünya rekordlarını qıran 6-metrlik Şah fiquruna qarşı biganə qalmaq mümkün deyil.
Sputnik

"Guiness World Records"un "YouTube" kanalında dünyanın ən böyük şahmat fiqurunun necə hazırlandığı haqda maraqlı video yayılıb. Hündürlüyü 6,09, özülü 2,79 metr olan şah fiquru ABŞ-da Sent-Luis şəhərini bəzəyir.

Dünya Rekordları Akademiyasının verdiyi məlumatda qeyd olunur ki, yeni fiqur ölçülərinə görə standart şahmat fiqurlarından 53 dəfə böyükdür. Ölçü və formaların dəqiqliyinə nail olmaq üçün öncə şahmat fiqurunun rəqəmsal maketi hazırlanıb. Aylarla davam edən planlaşdırma və xarratlıq işlərindən sonra son məhsul 6 aprel, 2018-ci il tarixində işıq üzü görüb.