TƏHLİL

Politoloq: “BMT-də islahatlar aparılmalıdır”

Politoloq Fikrət Sadıxov deyir ki, əgər islahatlar aparılmasa, bu təşkilatın gücü və təsiri olmayacaq
Sputnik

Fikrət Sadıxov: “BMT aparılan müzakirələr heç bir nəticə vermir”
“BMT Baş Assambleyasında gedən müzakirələr heç bir məsələni həll etmir”. Bunu BMT Baş Assambleyasının 73-cü sessiyası haqqında fikirlərini Sputnik Azərbaycan-a açıqlayarkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, bəzi problemlər ətrafında çıxışlar edilsə də, bu, heç bir nəticə vermir: “BMT Təhlükəsizlik Şurasının üzvləri qətnamələr qəbul etsələr də, sonradan onun yerinə yetirilib-yetirilməməsinə əhəmiyyət vermirlər. Məsələn, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 sənəd qəbul olunub. Ancaq dövlət başçıları öz maraqları çərçivəsində hərəkət edirlər. BMT reformlara ehtiyac duyulan bir təşkilatdır. Əgər islahatlar aparılmasa, bu təşkilatın gücü və təsiri olmayacaq. Bununla da qəbul edilmiş qətnamələr asılmış vəziyyətdə qalacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz