Müsəlman ölkəsində fəlakət yaşanır, ölənlərin sayı 1200 nəfəri keçib

Təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1200 nəfəri keçib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Belə ki, hazırda xilasedicilər hələ zəlzələnin episentrinə yaxın Dunqala yaşayış məntəqəsinə çata bilməyiblər.

Xatırladaq ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb.