Milli Məclisdən ciddi qərarlar gözlənilir

Parlamentin iclaslarının gündəliyinə 62 məsələ daxil edilib
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 1-də və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxildir.

İlk olaraq "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanununa ikinci səsvermədə baxılacaq. "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu layihəsinə birinci oxunuşda baxılacaq. Milli Məclisin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək.

Bu gün siqaret çəkilməsi ilə bağlı rəsmən cərimə müəyyən ediləcək

"Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

"Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası"nın, "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi"nin, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında" Sazışin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

"Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında", "Aviasiya haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında","Standartlaşdırma haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Mədəniyyət haqqında", "Milli arxiv fondu haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Diplomatik xidmətə verilən töhfəyə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılacaq.

İclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə və digər qanunlara dəyişikliklər də müzakirəyə çıxarılacaq.