CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbuat Şurası sədrindən informasiya təhlükəsizliyi ilə bağlı təklif

"İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir"
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. "İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir və Azərbaycanda bu istiqamətdə qanunlar mövcuddur. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir. Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.

Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatırladan Ə.Amaşov əlavə edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.