CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını tıxac bürüyüb

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Bakı-Sumqayıt yolunda qəza baş verib. Sputnik Azərbaycan xəbər verir ki, yol-nəqliyyat hadisəsi Beynəlxalq Avtovağzalın yaxınlığında qeydə alınıb.

"Mercedes" və "Volkswagen" markalı avtomobillər arasında baş verən qəza şəhər istiqamətinə gedən yolda tıxaca səbəb olub.

Eyni zamanda, Bakının bəzi küçə və prospektlərində də sıxlıq və tıxac müşahidə edilir. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.