CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azay Quliyev: "Bu qanunun qəbul olunmasına ciddi ehtiyac var"

Parlament sədri Oqtay Əsədov Azay Quliyevin təklifini dəstəklədiyini bildirib
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. "Peşə birlikləri haqqında" yeni qanunun qəbul edilməsi təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında QHT Şurasının sədri, deputat Azay Quliyev çıxış edib.

Azay Quliyev deyib ki, bu qanunun qəbul olunmasına ciddi ehtiyac var: "Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq".

Parlament sədri Oqtay Əsədov da Azay Quliyevin təklifini dəstəklədiyini bildirib: "Hesab edirəm ki, sizin təkliflərinizə müvafiq komitələr tərəfindən baxılacaq".