HADİSƏ

Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un məlumatına görə, "VAZ-21011" markalı avtomobillə vurularaq ağır halda xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Samir Qurbanov orada ölüb.

Hadisəni törədən sürücü, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Rabil Səttar oğlu Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.