Zaxarçenkonun ölüm anı yayımlandı - VİDEO

"Separ"da Zaxarçenko həmişə eyni masada oturarmış və həmin masanın üzərində hər zaman "Masa minalanıb" yazılı lövhə olurmuş
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Rusiyanın "Rossiya 1" telekanalı qondarma "Donetsk Xalq Respublikası"nın başçısı Aleksandr Zaxarçenkonun həyatının son saniyələrinin videoyazısını yayımlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, kadrlarda Zaxarçenkonun avtomobil karvanının "Separ" kafesinə yaxınlaşdığı görünür. Mühafizə xidmətinin əməkdaşlarından biri zalı nəzərdən keçirir və bundan sonra A.Zaxarçenko cangüdənləri ilə iaşə obyektinə daxil olur. Elə bu an partlayış baş verir.

"Separ"da Zaxarçenko həmişə eyni masada oturarmış və həmin masanın üzərində hər zaman "Masa minalanıb" yazılı lövhə olurmuş.

Zaxarçenko avqustun 31-də partlayış nəticəsində öldürülüb. Partlayıcı qurğu kafeyə öncədən yerləşdirilib. Zaxarçenkonun ölümündə Moskva və Kiyev bir-birilərini ittiham edirlər.