HADİSƏ

Neftçalada bədbəxt hadisə: 3 yaşlı uşağı "tok" vurub öldürdü

Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Neftçala rayonunda azyaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

2015-ci il təvəllüdlü Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.