HADİSƏ

Sumqayıtda ölən və yaralananların adları açıqlandı - VİDEO

Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub
Sputnik

BAKI, 30 sentyabr- Sputnik. Sumqayıt şəhərində qəza nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Xatırladaq ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Bərdədə ağır qəza oldu, sürücü öldü

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. 10 nəfər reanimasiya şöbəsində müalicə olunur.

Qəzada ölən və yaralananların ilkin siyahısı:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü

Rzayeva Raisa Dmitri qızı, 1955

Rzayeva İlona Rauf qızı, 1980

Tarfanov İqor Aleksandroviç, 1962

İsmayılova Tamara Hacışaban qızı,

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Rəna Dmitri qızı, 1951

Məmmədova Elvira İvan qızı, 1967

Həşimova Sabina Kərim qızı, 1968

Rodina Jakka Anatoli, 1966

Kuranika Viktoriya Oleq qızı,1988

Məmmədova Lüdmila Andrey qızı, 1947

Buqlova Varvara Jilijou, 1945