İndoneziya ləngər vurur, dalbadal daha 170 zəlzələ oldu

Nəticədə ən azı 420 ölüb, minlərlə adam yaralanıb
Sputnik

BAKI, 30 sentyabr- Sputnik. İndoneziyanın Sulavesi adasında 28 sentyabr baş vermiş 7,4 bal gücündə zəlzələdən sonra 170-dən artıq afterşok qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin rəsmisi Sutopo Nuqxoro bildirib.

Antalyada zəlzələ olub

Onun sözlərinə görə, təkrar yeraltı təkanların müxtəlif güclərdə qeydə alınıb: "İndiyə qədər bir neçə rayonla, o cümlədən 300 min insanın yaşadığı və zəlzələnin epistrinin yerləşdiyi Dunqala rayonu ilə əlaqə qurmaq mümkün olmayıb. İki gündür elektrik enerjisi və rabitə bərpa etmək mümkün olmur".

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Son məlumatlara görə, nəticədə ən azı 830-dan çox adam ölüb, minlərlə adam yaralanıb. Hakimiyyət orqanları ölənlərin sayının bir neçə minə çatacağını istisna etmirlər.