Dəhşətli epidemiya yuxudan ayıla bilər - Xəbərdarlıq gəldi

XX əsrdə çiçək xəstəliyinə qlobal peyvəndləmə sayəsində qalib gəlmək mümkün olub
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Alimlər dünyanı təhlükəli epidemiyanın gözlədiyi barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xəstəlik Afrikada vəhşi heyvanlardan insanlara ötürülə bilər.

Alimlər hesab edir ki, virus əvvəlcə insanlara keçəcək. Sonra təkamül dövründə genetik maddə digər viruslarla və hətta insan DNT-si ilə qarışacaq. Beləliklə, patogen daha təhlükəli hala gələrək hava-damcı yolu ilə ötürüləcək.

Dəhşətli xəstəlik Avropaya geri qayıdıb, ölüm faktları qeydə alınıb

Qeyd edək ki, bir qədər əvvəl Böyük Britaniyada meymun çiçəyinin insana keçməsi ilə bağlı 3-cü fakt qeydə alınıb. Bu dəfə tibb işçisi olan 40 yaşlı qadın xəstələnib. Onu digər insanlardan təcrid ediblər. Xəstənin ailə üzvləri və iş yoldaşlarına isə peyvənd vurulub. Qadında xəstəliyin əlamətlərinin yaranmasına 24 saat qalmış ünsiyyətdə olduğu insanlar da axtarılır.

Meymun çiçəyi əsl çiçək xəstəliyinin yaxın qohumu hesab edilir. Amma bu virus daha az yolxucudur və yüngül formada keçir. Adətən xəstə istilik və başgicəllənməsi hiss edir, səpir.

Ancaq Qərbi Afrikada baş verən bəzi epizodlarda ölüm halları 10 faiz səviyyəsinə çatıb. Bu isə infeksiya xəstəliyi üçün çox yüksək göstəricidir.

XX əsrdə çiçək xəstəliyinə qlobal peyvəndləmə sayəsində qalib gəlmək mümkün olub. Son dəfə yoluxma 1977-ci ildə qeydə alınıb. Ancaq alimlər xəbərdarlıq edir ki, virus yenidən mutasiyaya uğrayıb, bəşəriyyəti təhlükə ilə qarşı-qarşıya qoya bilər.