Qocalar evi yandı

86 nəfər təxliyə olunub, ölən və yaralanan yoxdur
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. İstanbulda Sultanqazi  qocalar evində qəfil yanğın baş verib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın tez bir zamanda söndürülüb.  Orada qalan insanlar təxliyə edilib. Sakinlərə ilkin tibbi baxış keçirilib. Böyükşəhər Bələdiyyəsindən verilən məlumata görə, 86 nəfər təxliyə olunub, ölən və yaralanan yoxdur.