RUSİYA

Naməlum kişi onu görənləri şoka saldı — VİDEO

Polis işçiləri həmin əraziyə yaxınlaşana kimi kişi gözdən itib.
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. Sankt-Peterburqda bir kişi etdiyi hərəkətlə onu görənləri təəccübləndirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, kimliyi bilinməyən şəxs 15 mərtəbəli ev hündürlüyündə kanat üzərində hərəkət edib. Polis işçiləri həmin əraziyə yaxınlaşana kimi kişi gözdən itib.

Kişi təhlükəsizlik kəmərindən istifadə edib. Havanın küləkli olmasına baxmayaraq o, yolu sona kimi qət etməyi bacarıb.