Dünyanın sonu barədə ən yeni məlumatlar üzə çıxıb

Məlumatda deyilir ki, dünyanın sonu bir qədər gec ola bilər, amma ondan tez olması mümkün deyil
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. Bir müddətdir ki, astroloqlar və ufoloqlar dünyanın sonunun dəqiq vaxtını müəyyən edirlər. Hətta bununla bağlı məşhur alim İsaak Nyiton da məlumatları üzə çıxıb. O, əlyazmalarında bildirib ki, 2060-cı ildə dünyanın sonu gələcək və yeni dünya yaranacaq.

Alim bəzi məlumatlarını şifrəli yazıb. O, gələcək haqqında məlumatları İyeqova Sanktus Unus ləqəbi ilə yazıya köçürüb. Astronom Florian Frayşteter bu yazıları öyrənib. Məhz bu yazıda Nyuton 2060-cı ildə dünyanın sonu olacağını deyib.

Məlumatda deyilir ki, dünyanın sonu bir qədər gec ola bilər, amma ondan tez olması mümkün deyil. Nyuton dünyanın necə dağılacağını dıqiqləşdirə bilməyib, amma Yer kürəsinin Allahın evinə çevriləcəyini bildirib.