SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abbasov: “Dünya liderləri terroru qidalandırır”

Politoloq Tofiq Abbasov deyir ki, terror dünyanın lider ölkələrinin əlində siyasi alətə çevrilib
Sputnik

Tofiq Abbasov: “Yaxın Şərqdə terror fəal element kimi istifadə olunur”
İranın yüksək vəzifəli nümayəndələri heç vaxt ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Maykl Pompeonun görüş təklifini qəbul etməyəcək. Bu sözləri İranın Ali dini lideri, Ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, terror dünyanın lider ölkələrinin əlində siyasi alətə çevrilib: 

“Biz neçə illərdir bunun təzahürlərini müşahidə edirik. Yaxın Şərqdə “Ərəb baharı” başlayandan bəri terror fəal element kimi istifadə olunur. Terror da öz növbəsində dağıntılar, ölkədaxili problemlərin artımı, böyük miqrant dalğalarının yaranmasına gətirib çıxarır. BMT-nin Baş Assembleyasında çıxış edən dünya liderləri dildə terrorla mübarizdən danışırlar. Ancaq onlar altdan-altdan terroru qidalandırırlar. Bundan çıxış yolu sağlam qüvvələrin bir cərgədə olmaqla fəal inteqrasiya siyasətini gücləndirməkdədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz