HADİSƏ

Gəzməyə çıxmışdılar, evə meyitləri gəldi – Avtomobil nənə və nəvəni öldürdü

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. Bakıda avtomobil nənə və nəvələrini vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər.

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.