BAKI, 29 sentyabr — Sputnik. ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayıb.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo İraqın Bəsrə şəhərində yerləşən ABŞ konsulluğunun artıq xidmət göstərməyəcəyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib ki, Bəsrə bölgəsində olanlara da ABŞ-ın Bağdaddakı səfirliyi konsulluq xidməti göstərəcək. Həmçinin Nauert, ABŞ-ın İraq xalqını dəstəkləməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, Pompeo ABŞ-ın İraqdakı işçilərinə qarşı hər hansı bir hücum olarsa, İranın məsuliyyət daşıyacağını söyləyib.