Arzu Nağıyev: “Kosmik sahənin tərəqqisi beynəlxalq əlaqələri inkişaf etdirir”
““Azerspace-2” peykinin orbitə buraxılması Azərbaycanın həm siyasi nüfuzudur, həm də iqtisadi gücünün artması deməkdir”. Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, hazırda peykin qalan tutumlarının satışı üçün aktiv biznes danışıqları aparılır: “Bir neçə dövlətin rəhbər şəxsləri Azərbaycanda olub və bu proseslərlə maraqlanıb. Bu gün ölkəmizdə kosmik sahənin tərəqqisi beynəlxalq əlaqələri inkişaf etdirir. Bu sahə həm də iqtisadi cəhətdən faydalıdır. “Azerspace-2” peykinin ölkəmizə 400 milyon dolllar gəlir gətirəcəyi proqnozlaşdırılır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz