SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyalı politoloq: “Azərbaycanla dialoqumuz geniş geosiyasi kontekstə malikdir”

Post-sovet araşdırmaları mərkəzinin baş elmi işçisi Andrey Devyatnikov deyir ki, Xəzər Konvensiyasının imzalanması bizim ölkələr arasındakı münasibətlərə yeni impuls gətirib
Sputnik

Andrey Devyatnikov Azərbaycan-Rusiya əlaqələrini şərh edir
“Rusiya-Azərbaycan münasibətləri ikitərəfli sənədlərdə müəyyənləşdirilmiş strateji tərəfdaşlıq anlayışı ilə xarakterizə olunur”. Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilmiş tədbirdə Rusiya Elmlər Akademiyası İqtisadiyyat Universitetinin post-sovet araşdırmaları mərkəzinin baş elmi işçisi Andrey Devyatnikov belə deyib.

“Əsas məsələ ölkələr arasındakı bərabər dialoqdur. Azərbaycan və Rusiya bir-birinin maraqlarını bilir və onların reallaşmasını bu tərəfdaşlıq vasitəsilə həyata keçirirlər. Xəzər dənizindəki münasibətlərdə kifayət qədər uzun bir mübahisəni həll edən Xəzər Konvensiyasının imzalanması bizim ölkələr arasındakı münasibətlərə yeni impuls gətirdi. Bu razılaşma regiondakı bütün ölkələrin cəlbediciliyinin artırılmasına çox böyük töhfə verəcək. Azərbaycanla Rusiyanın dialoqu geniş geosiyasi kontekstə malikdir. Biz yalnız Rusiya və Azərbaycan deyil, həm də İran haqqında danışırıq. İndi İran ətrafında qeyri-sabit bir vəziyyət var və İranın dünya ilə münasibətləri yalnız Azərbaycan və Rusiyanın deyil, digər Xəzəryanı ölkələrin də maraqlarına təsir edir” — deyə A.Devyatnikov bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz