Ərdoğan Tramp və Merkellə gizli danışıqlarının detallarını açıqladı

"Mən dözmədim və cavab verdim ki, biz təbii qaz ehtiyaclarımızın 50%-ini Rusiyadan alırıq və əgər biz Rusiyadan qaz almasaq, vətəndaşlarımız qışda donacaq"
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında mübahisə yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə mətbuatına açıqlamasında bildirib.

ABŞ Türkiyəyə qarşı sanksiyaların əsl səbəbini açıqlayıb

Onun sözlərinə görə, Ərdoğan və Merkel Trampa hansı səbəbdən Rusiyadan qaz almağa məcbur olduqlarını izah ediblər. Tramp buna etiraz etsə də, sonda Ərdoğan və Merkelin əsaslandırmaları ilə razılaşmalı olub.

"Tramp bildirdi ki, "Siz hamınız Rusiyanı "yedizdirirsiniz", Almaniya ona xeyli pul verir". O, hörmət olaraq Türkiyə barədə heç nə demədi. Lakin mən dözmədim və cavab verdim ki, "biz təbii qaz ehtiyaclarımızın 50%-ini Rusiyadan alırıq və əgər biz Rusiyadan qaz almasaq, vətəndaşlarımız qışda donacaq" — Ərdoğan açıqlamasında qeyd edib.

"Daha sonra Almaniya kansleri Angela Merkel söhbətə qoşuldu və bildirdi ki, Almaniya Rusiyadan öz tələbatının 38% həcmində qaz alır və o da xalqının qışda donmasına imkan verə bilməz", — deyə Türkiyə prezidenti əlavə edib.

Ərdoğanın sözlərinə görə, onun ölkəsi ABŞ tərəfindən Rusiyaya qarşı birtərəfli qaydada tətbiq olunan sanksiyalara qoşulmayıb: "Tramp iqtisadi vəziyyətlə bağlı BMT Baş Assambleyasında danışarkən zaldakı gülüş iştirakçıların düşüncələrini açıq şəkildə göstərir".

Qeyd edək ki, liderlərin danışığı 11-12 iyul tarixlərində NATO-nun Brüsseldəki sammiti zamanı baş tutub.