"Qaçqınkom"un keçmiş sədrinə yeni vəzifə verildi

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi dəyişdi
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Baş nazir Novruz Məmmədov "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Sputnik Azərbaycan Azərbaycan Nazirlər Kabinetinin saytına istinadla xəbər verir ki, qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq verilib.

Qərara görə, "2019-cu ildə Azərbaycan Respublikasında əhalininsiyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2234; 2018, № 4, maddə 796) əlavə — "Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi"ndə "Elçin Əfəndiyev" sözləri "Əli Həsənov" sözləri ilə əvəz edilib.