HADİSƏ

Antalyada zəlzələ olub

Zəlzələnin episentri yerin 103 kilometr dərinliyində qeydə alınıb
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Türkiyənin turizm cənnətində zəlzələ baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Antalyada 4 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, zəlzələ yerli saatla 03.26 radələrində (04.26) Antalyanın Qorqudeli rayonunda baş verib. Zəlzələnin yerin 78 kilometr dərinliyində baş verdiyi bildirilib.

Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatlarına görə, isə zəlzələnin episentri yerin 103 kilometr dərinliyində olub.