RUSİYA

Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş olub

Dövlət başçıları IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində iştirak ediblər
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər. Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış ediblər.

Daha sonra İlham Əliyevin Vladimir Putin ilə təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış edilbər. Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

Qeyd edək ki, Rusiya lideri bu gün səhər saatlarında Azərbaycana səfərə gəlib.