İQTİSADİYYAT

Manatın yeni məzənnəsi açıqlandı

Rusiya rublunun məzənnəsi isə 0,39% azalaraq 0,0258 manat təşkil edib
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,1% azalaraq 1,9976 manat, Rusiya rublunun məzənnəsi isə 0,39% azalaraq 0,0258 manat təşkil edib. 1 Türk lirəsi 0.2784, 100 İran rialı isə 0.0040 manatdır.