Cənub qonşumuza qarşı müdhiş plan hazırlanır

"Ərəb ölkələrinin rəsmiləri İranın əleyhinə İsrail ilə əməkdaşlıq etməyi milli maraqları kimi görür"
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və İsrail kəşfiyyat xidmətlərinin rəsmiləri Nyu-Yorkda İranla bağlı toplantı keçiriblər. Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, ərəb ölkələri ABŞ-ın dəstəyi ilə İrana zərbə vurmaq üçün İsraillə geniş danışıqlar aparır.

"Ərəb ölkələrinin rəsmiləri İranın əleyhinə İsrail ilə əməkdaşlıq etməyi milli maraqları kimi görür" — deyə məlumatda bildirilir.