BAKI, 27 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya rəsmi səfəri başlayıb.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər Almaniya prezidenti Frank-Valter Ştaynmeyrin dəvəti əsasında baş tutub.
Ərdoğanın Almaniya səfəri 27-29 sentyabrı əhatə edəcək.
Prezident Ərdoğan və həyat yoldaşı Əminə Erdoğanı Berlindəki Tegel hava limanında Türkiyənin Berlindəki səfiri Ali Kemal Aydın, Türkiyənin Ədliyyə naziri Abdulhamid Gül, Türkiyənin hakim partiyası olan AKP-nin sədr müavini Lütfi Elvan, AKP millət vəkilləri Mustafa Yeneroğlu, Zafer Sırakaya, Akif Çağatay Kılıç və digər türkiyəli şəxslər qarşılayıblar.