CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu problem daha çox kişiləri narahat edir

Kişilərdə saçlar genetik xüsusiyyətlər və kişilik hormonu ilə bağlı da tökülə bilər
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Yaşlandıqca kişi və qadınların saçları tökülür. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünyada kişilərin 3/2-si keçəldir və ya onlarda keçəllik əlamətləri müşahidə edilir.

Mütəxəssislərə görə, saçlar dərinin səthində saç folikullarında yaranan keratin adlı proteindən əmələ gəlir. Folikullar yeni saç yaratdıqca, köhnə hüceyrələr ildə 15 sm tökülür. Görə bildiyimiz saç əslində cansız keratin hüceyrəsi toplusudur.

Keçəllərə müjdə: dərmanınız tapıldı

Yetkin insanlarda 100 min, 150 min saç var və gündə 100-ü tökülür. Keçəllik tibbi olaraq alopesiya adı ilə tanınır. Saç tökülməsinə ani fiziki və mənəvi stress, pəhriz, depressiya əleyhinə dərmanlar və s. səbəb olur.

Alopesiya xəstəliyi daha çox kişilərdə müşahidə edilir. Xəstəlik zamanı təkcə saç deyil, saqqal da tökülə bilər.

Xəstəlik bəzən özünü dairəvi formalı tük tökülməsi ilə göstərir.

Mütəxəssislər hesab edir ki, əgər saclar basın təpə hissəsindən sürətlə tökülürsə, bu keçəlliyin başlama əlaməti ola bilər.

Saç tökülməsi anidən və yaxud mərhələli şəkildə baş tuta bilər.

Bəzi saç tökülmələri əbədi, bəziləri isə müvəqqəti olur.

Kişilərdə saçlar genetik xüsusiyyətlər və kişilik hormonu ilə bağlı da tökülə bilər.

Saçlarınızda güclü tökülmə varsa, mütləq mütəxəssislə məsləhətləşin. Bu hər hansı bir xəstəliyin əlaməti ola bilər.