BAKI, 27 sentyabr — Sputnik. ABŞ Orta Şərqdən tədricən çəkilir.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, məlumatı ABŞ-ın məşhur "The Wall Street Journal" nəşri yayıb.
Məlumata görə, yüksək səviyyəli hərbi rəsmilər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 3 ölkədən Patriot raket müdafiə sistemini geri çəkəcəyini vurğulayıb. Bu ölkələrin İordaniya, Küveyt və Bəhreyn olduğu bildirilib.
Hərbi rəsmilər ABŞ-ın Orta Şərq və Əfqanıstandan tədricən çəkilməyə çalışdığını bildiriblər.
Rəsmilər deyib ki, Vaşinqton artıq əsas diqqəti Çin və Rusiya ilə olan gərginliklərə yönəltməyə çalışır.