BAKI, 26 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə vətəndaşlarına xəbərdarlıq edir. Sputnik Azərbaycan ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.