HADİSƏ

Şadlıq evinin sanitar qovşağından tapılan meyitin kimliyi məlum oldu

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından tapılan kişinin meyitinin kimliyi məlum olub. Ölən şəxsin nəşi rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, meyit rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Kostiyevə məxsusdur. O şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Meyit ekspertiza olunarkən üzərində heç bir zorakalıq əlamətlərinin olmadığı məlum olub. K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir. Mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.