HADİSƏ

Bu şəxsi görənlər dərhal polisə məlumat versinlər

Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-ü səhər saatlarında, rayonda "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.

Şəki şəhər sakini Ramis Azaqov

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.