HADİSƏ

Bütün Şəkinin axtardığı şəxs tapıldı

Onun axtarışları iki gün ərzində polis əməkdaşları və ailə üzvləri tərəfindən aparılıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr— Sputnik. 3 gün əvvəl itkin düşən Şəki rayon sakini tapılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 1932-ci il təvəllüdlü İslam Zahirov rayonun Vərəzət kəndində boşluq ərazidə tapılıb. Onun axtarışları iki gün ərzində polis əməkdaşları və ailə üzvləri tərəfindən aparılıb.

Xatırladaq ki, adıçəkilən şəxs sentyabrın 23-də marketə getmək adı ilə evdən çıxmış və geri qayıtmamışdı.

Şəkidə kişi itkin düşüb