Leysan, dolu, şimşək, külək gəlir

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Hava proqnozunu gözləyənlər üçün xoş xəbər

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti təşkil edəcək.