Bu ayaqqabıların qiyməti fantastika həddindədir

Dubayda dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdiriləcək
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Dubayda “BurjAlArab” otelində dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdiriləcək.

“Passion Diamond” tuflisi xalis qızıldan hazırlanıb və hər cütü 15 karatlıq brilyantla bəzədilib. Eksklüziv ayaqqabı, ümumilikdə tuflinin haşiyəsində yerləşən 236 brilyantla işlənilib.

“Jada Dubai” şirkəti özünün sonuncu kolleksiyasından brilyant, yaqut, qızıl və mirvari ilə bəzədilmiş daha 3 cüt ayaqqabını nümayiş etdirəcək. Yeni kolleksiyaya 25 min dollar dəyərində “Diamond Pearl Stilettos”, 27 min dollar dəyərində “Ruby Stilettos” və 17 min dollar dəyərində “Diamond and Gold Stilettos” daxildir.