Aparıcının uşağı efiri pozdu - VIDEO

Jurnalist qadın izləyicilərdən üzr istəyib və oğlunu çəkiliş meydançsından aparmağa çalışıb
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Amerikanın E telekanalının aparıcısı Culiana Rançiçin 6 yaşlı oğlu çəkiliş meydançasına qaçaraq, efiri pozub. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Rançiç öz həmkarı ilə xəbərlər buraxılışını aparan zaman arxasında dayanmış oğlunu görüb. Uşaq oyuna o qədər aludə olub ki, kameralara diqqət yetirməyib.

Jurnalist qadın izləyicilərdən üzr istəyib və oğlunu çəkiliş meydançsından aparmağa çalışıb. Ancaq uşaq qulaq asmayıb və ondan qaçıb. Rançiçin həmkarı idatəetməni əlinə alaraq proqramı davam etməyə çalışıb.

"Sən valideynlik işlərinlə məşğul olan müddətdə mən bitirərəm" deyə o bildirib.

Ancaq bir neçə dəqiqdən sonra uşağı tutmaq üçün o da həmkarına kömək etmək məcburiyyətində qalıb.