Rusiyada azərbaycanlı ailənin 3 üzvü dəhşətli qəzanın qurbanı olub - VİDEO

Qəzada ağır yaralanan azyaşlı və ailənin gəlini xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub. Sputnik Azərbaycan "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb.

Qəzaya səbəb "Mercedes-Benz" minik avtomobili ilə "Hyundai" markalı yük furqonu və "İveco" yük maşınının toqquşması olub.

1 / 3
Rusiyada baş verən ağır yol qəzası
2 / 3
Rusiyada baş verən ağır yol qəzası
3 / 3
Rusiyada baş verən ağır yol qəzası

Nəticədə minik avtomobilində olan Nicat və Araz  Şamil oğlu Quliyev, həmçinin anaları İradə İslam qızı Quliyeva ölüb. Qəzada ağır yaralanan azyaşlı və ailənin gəlini xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.

Qeyd edək ki, ailə uzun müddətdir Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.

Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.

Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.