Gürcüstanda azərbaycanlı hərbçilər üçün yenilik tətbiq olunacaq

Ümumilikdə kurs 7 həftə davam edəcək.
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Gürcüstanın Müdafiə Nazirliyi orduda xidmət edən etnik azlıqların nümayəndələri olan çağırışçıların gürcü dilini öyrənmələri üçün yeni proqramı işə salıb. Bu barədə Sputnik Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İlkin mərhələdə gürcü dili kursunu 123 çağırışçı keçəcək ki, onlardan 82-i azərbaycanlı, 41-i ermənidir. Ümumilikdə kurs 7 həftə davam edəcək.

Qeyd edək ki, Gürcüstanın ümumilikdə 3,7 milyondan çox əhalisi var. Onlardan təqribən 500 mini azərbaycanlı, 169 mini isə ermənidir. Bundan əlavə Gürcüstanda ruslar, osetinlər, yezidlər, ukraynalılar, yunanlar, assuriyalılar, həmçinin digər millətlərin nümayəndələri yaşayır.