HADİSƏ

Paytaxtda daha bir ağır yol qəzası baş verib, avtomobil alışıb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Dünən gecə saatlarında Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Qara Qarayev küçəsində qeydə alınıb.

"Hundai Elantra" markalı minik avtomobilinin sürücü idarəetməni itirib. Sürət çox olduğundan avtomobil öncə səkiyə, daha sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə avtomobil aldığı zədə nəticəsində qəfil yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri gəlib. Avtomobil söndürülüb. Sürücü qadın isə xəsarət alıb. O, təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə də paytaxtda ağır avtomobil qəzası baş vermişdi. Nobel prospektində qeydə alınan hadisə zamanı bir neçə nəfər faciəli şəkildə həyatını itirmişdi.