CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar 11 aydır yol gəlirlər: Gürcüstandan Azərbaycana, indi də İrana

Migel və Rusina velosipedlərini də özləri ilə İsveçrədən gətiriblər
Sputnik

Rahim Zakiroğlu, Sptunik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. İsveçrədən səyahətə çıxan Migel və Rusina cütlüyü iki azyaşlı qızları ilə bir yerdə Lənkəranda olublar.

Səyahəti velosipedlə həyata keçirən cütlük Azərbaycana da bu nəqliyyat vasitəsində gəlib. Milliyətcə fransız olan Migel Sputnik Azərbaycan-ın müxbirinə deyib ki, velosipedlərini də özləri ilə İsveçrədən gətiriblər: "İki ay əvvəl Gürcüstanın paytaxtı Tiflisə gəlib çatdıq və qərara aldıq ki, Azərbaycana da səyahət edək. Burdan da İran İslam Respublikasına gedəcəyik. Biz artıq 11 aydır ki, səyahət edirik. İrandan sonra hara gedəcəyimizi hələ qərara almamışıq. Biz ailəlikcə velosipedlə səyahət etməyi çox sevirik".

Migel

Migel bildirir ki, hər 5 ildən bir uşaqlarıyla birgə səyahət etməyi qərara alıblar: “Beş il bundan öncə biz ailəlikcə Çinə, Vyetnama, Laosa səfər etmişdik".

Rusina

Ailənin xanımı Rusina Azərbaycanda səyahəti çox bəyəndiyini bildirir: "Mən isveçrəliyəm. Azərbaycanda səyahət bizim çox xoşumuza gəldi. Çünki insanları çox dostdurlar. Bir neçə dəfə bizi gecələməyə evlərinə dəvət ediblər və bizi çoxlu yeməklərə qonaq ediblər. Hətta hazırda velosipedimizin yük yerində də bizə verdikləri yeməklər qalıb. Buranın insanları olduqca qonaqpərvərdirlər və biz çox razı qaldıq. Bura bizim çox xoşumuza gəldi".

Qeyd edək ki, isveçrəli ailə Astara istiqamətində hərəkətə başlayıb oradan İrana keçməyi planlaşdırır.