İranlı nazir açıqladı – terrorçular saxlanılıb

O, bildirib ki, terror hadisəsini törədən 4 nəfər öldürülüb və hadisə iştirakçılarının çoxu həbs edilib
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. İranın Kəşfiyyat naziri Mahmud Ələvi Huzistan əyalətinin Əhvəz şəhərində silahlı hücumun təşkilatçılarının çoxunun saxlanıldığını bildirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əhvəzdə terror hadisəsi zamanı ölənlərin dəfn mərasimində hökuməti təmsil edən nazir Ələvi jurnalistlərə açıqlama verib. O, bildirib ki, terror hadisəsini törədən 4 nəfər öldürülüb və hadisə iştirakçılarının çoxu həbs edilib.

İranlı nazir hadisənin arxasında dayananların hamısının müəyyən edilib, cəzalandırılacağını qeyd edib.

Xatırladaq ki, şənbə günü İran – İraq müharibəsinin il dönümü münasibətilə həyata keçirilən hərbi parad zamanı 17-si əsgər olmaqla 25 nəfər öldürülüb, 69 nəfər yaralanıb.