BAKI, 24 sentyabr — Sputnik. İranın cənub-qərbindəki Əhvəz şəhərində həftə sonu baş verən terror hücumun ardından Orta Şərqdə gərginlik artır.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ölkənin dini lideri Əli Xameneyi 12-si əsgər olmaqla 25 nəfərin öldüyü hücumla bağlı açıqlama verib. Xameneyi terrorçuların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən maliyyələşdirildiyini açıqlayıb. Əli Xameneyiyə görə, terrorçuları ABŞ da dəstəkləyib.
SEPAH, İsrail və ABŞ liderlərini birbaşa təhdid edib, amansız intiqam alacaqlarını bildirib.
Xatırladaq ki, şənbə günü İran–İraq müharibəsinin il dönümü münasibətilə həyata keçirilən hərbi parad zamanı əsgərlərə edilən hücum zamanı 25 nəfər ölüb, 69 nəfər yaralanıb.
İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı qurbanları ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.