RUSİYA

Rusiya ilə dostluğun tərəfdarı olan prezident vəzifəsindən kənarlaşdırılıb

Hələlik onu müvəqqəti olaraq parlamentin sədri əvəz edəcək
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Moldova prezidenti İqor Dodon Konstitusiya Məhkəməsinin qərarı ilə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, qərara əsasən parlament sədri Dodonu əvəz edərək səhiyyə, sosial müdafiə və ailə işləri, kənd təsərrüfatı, bölgələrin inkişafı və ətraf mühitin mühafizəsi nazirlərini təyin edəcək.

Moldova prezidenti İqor Dodon

Qeyd edək ki, Moldova prezidenti bu vəzifələrə baş nazirin təqdim etdiyi namizədləri rədd etmişdi. Moldova Konstitusiyasına görə, ölkə prezidenti baş nazirin təqdim etdiyi namizədləri yalnız bir dəfə rədd etmək hüququna malikdir.

Xatırladaq ki, İ.Dodon Rusiya ilə münasibətlərin inkişafının, daha sıx əlaqələrin qurulmasının qızğın tərəfdarı kimi tanınan siyasətçidir.