İQTİSADİYYAT

Neft yenə fontan vurur: Qiyməti 100 dolları keçəcək

Bir barel neftə görə qiymət sonuncu dəfə 2014-cü ilin sentyabrında 100 dollardan yuxarı olub
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Bir barel neftin qiyməti yaxın gələcəkdə 100 dollara çata bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, buna səbəb İrana qarşı sanksiyalar və Venesuelada vəziyyət olacaq.

Mercuria Energy Group Ltd-nin həmtəsisçisi Deniel Ceqqi hesab edir ki, neftin qiyməti 2018-ci ilin sonundan qalxmağa başlayacaq. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi enerji sanksiyaları qüvvəyə mindikdən sonra demək olar ki, gündəlik 2 milyon barrel xam neft dünya bazarından çıxarılacaq: "Bazarda isə bunu qarşılayacaq ölkə yoxdur".

"Trafigura" şirkətinin top meneceri Ben Lokok isə hesab edir ki, qiymətlər gələn ilin əvvəlində qalxacaq: "Qiymət artımına səbəb Venesuelada neft hasilatının azalması olacaq".

Qeyd edək ki, bir barel neftə görə qiymət sonuncu dəfə 2014-cü ilin sentyabrında 100 dollardan yuxarı olub.