HADİSƏ

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edir

Şəxsiyyəti istintaqa məlum olmayan bu şəxsi tanıyanlardan 102-yə xəbər vermələri xahiş olunur
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Cari il sentyabr ayının 23-də Səbail rayonu ərazisində Milli Parkda yerləşən "Saat qülləsi"nin yaxınlığında, Xəzər dənizindən, təxminən 35-40 yaşlarında olan naməlum kişi meyidi aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tapılan meyit

Bildirilib ki, onun xarakterik əlamətləri belədir: Boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır. Üzərində qısaqollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabıları var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02, (050) 636-60-60, (055) 414-65-72, (055) 561-77-85 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.