Bakıya gələn sürücülər yenə böyük maneə ilə üzləşiblər - VİDEO

Ekologiya postunu keçəndən dərhal sonra 20 Yanvar dairəsinə kimi tıxac yaranıb
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda üzü Bakı istiqamətində hərəkət edən yolda dəhşətli tıxac müşahidə olunub.

Bakı-Sumqayıt yolunda tıxac

Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya postunu keçəndən dərhal sonra 20 Yanvar dairəsinə kimi tıxac yaranıb. Sürücülər saatlarla tıxacda qalmaq məcburiyyətində qalıblar.