CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı ana və qızı görənləri şoka saldı

Azərbaycanlı model Rəşidə Süleymanova anası Elvira Süleymanova ilə birgə fotosessiyasını təqdim edib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanlı model Rəşidə Süleymanova anası Elvira Süleymanova ilə birgə fotosessiyasını təqdim edib. Sputnik Azərbaycan-ın məlumatına görə, model şəkilləri Instagram səhifəsində paylaşıb. Bu şəkillər Rəşidə Süleymanovanın yeni moda layihəsi çərçivəsində çəkilib.

Modelin anası öz gözəlliyi ilə qızının izləyicilərini valeh edib. Çünki onları bir-birindən ayırmaq sadəcə mümkün deyil. Yayılmış şəkillərdə onlar daha çox bacıya oxşayırlar, nəinki ana və qıza.

Sosial şəbəkə istifadəçilərinin bəziləri hətta qeyd ediblər ki, Süleymanovanın anası öz gözəlliyinə görə məşhur italyan aktrisası Monika Belluççiyə bənzəyir.

Həmin şəkilləri fotoqraf və rejissor Fərhad Əli çəkib. Şəkillərdə Süleymanovalar dünya brendlərindən olan geyimlərdə əks olunublar.

Rəşidə Süleymanova Venera Models & Cast agentliyinin ən çox tələb olunan modellərindən biridir. Hazırda o, ölkədəki bütün moda nümayişlərində iştirak edir, həmçinin məşhur brendlərin simasıdır. Bu, modelin anası ilə birlikdə çıxış etdiyi ilk layihədir.