BAKI, 23 sentyabr — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In dekabrda Koreya Respublikasının paytaxtı Seula səfər edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Ce-ini Pxenyana səfərdə müşayiət edən “CJ” korporasiyasının rəhbəri Son Kyunq deyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, KXDR lideri Kim Çen In bu barədə Cənubi Koreya Prezidenti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, 1950-1953-cü illər Koreya müharibəsindən sonra yaranmış Koreya Xalq Demokratik Respublikasının liderlərindən heç biri indiyədək Koreya Respublikasının paytaxtı Seula səfər etməyib.