Dəvəquşuları öldürüb videoya çəkdi və həbs edildi

20 yaşlı gəncin kimliyi açıqlanmır.
Sputnik

BAKI, 23 sentyabr — Sputnik.  Avstraliyada bir şəxs əyləncə məqsədi ilə dəvəquşuları vurub.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliyanın Kovanci qəsəbəsində bir nəfər bir neçə dəvəquşunu avtomobil ilə vuraraq öldürüb. Gənc oğlan törətdiyi hadisəni videoya çəkib. Hadisədən sonra polis onu tutub və haqqında cinayət işi açılıb. 20 yaşlı gəncin kimliyi açıqlanmır.

Sosial şəbəkədə heyvansevərlər də gəncin əməlinə sərt reaksiya bildiriblər.

Qeyd edək ki, Viktoriya əyalətində heyvanlara bilərəkdən işgəncə vermək 2 ilə qədər həbslə cəzalandırılır və ya həmin şəxs 64 min Avstraliya dolları (92 min manat) ödəməlidir.